Qanda C-peptid-in aşağı olması tədricən insulin çatışmazlığına səbəb olur
29.08.2022 15:00

C-peptid proinsulinlə insulini birləşdirən zəncirdir. C-peptid proinsulin molekulunun bir hissəsidir. Mədəaltı vəzi ilk öncə proinsulin sintez edir. Proinsulin mədəaltı vəzi hüceyrələrinə yığılır və lazım olduqda xüsusi fermentlərin köməyi ilə proinsulindən C-peptid aminturşu zənciri ayrılır. Beləliklə proinsulin - aktiv insulin və C-peptidə ayrılır. Bu o deməkdir ki, mədəaltı vəzi eyni miqdarda insulin və C-peptid sintez edir. Lakin onların qanda miqdarı eyni olmur. Belə ki, insulinin ömrü 4 dəqiqə, C-peptidin isə 20 dəqiqədir.

 

Aztibb.az Referans Medical Group-a istinadla xıbır verir ki, C-peptidin ömru uzun olduğu üçün onun miqdarına əsasən mədəaltı vəzi nə qədər insulin sintez etdiyi bilinir. C-peptid aşağı olması tədricən insulin çatışmazlığına səbəb olur.

 

Hansı hallarda qanda C-peptid müəyyən olunur?


-şəkərli diabet tip 1 və tip 2 diaqnozuna şübhə olduqda;
-şəkərli diabet olmadıqda – tez-tez rast gəlinən hipoqlikemiya hallarında;
-şəkərli diabet tip 2 zamanı insulinoterapiyaya keçmək sualı yarandıqda;
mədəaltı vəzi çıxarıldıqda;
-polikistoz yumurtalıqlar sindromu olan qadınlarda

C-peptidin yüksəlmə səbəbləri:


-şəkərli diabet tip 2;
-stimuləedici şəkərsalıcı preparatların qəbulu;
-insulinoma;
-Kuşinq xəstəliyi;
-polikistoz yumurtalıqlar sindromu;
-estrogen, progesteron, qlükokortikoid qəbulu.

C-peptidin enmə səbəbləri:


-şəkərli diabet tip 1;
-stres;
-spirtli içkilərin qəbulu.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub