57 yaşlı qadın 15 il sonsuzluq sonrası ana olub - TƏBİB
27.08.2022 21:06

57 yaşlı qadın TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 15 il sonsuzluq sonrası ana olub.

 

Aztibb.az-a bu barədə TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, bundan öncəki hamiləliyinin 21-ci həftəsində körpəsini itirən qadın ikinci hamiləliyinin 37-ci həftəsində ETMGİ-nin elmi katibi, həkim mama-ginekoloq, t.ü.f.d., dosent Aynurə İsmayılovaya müraciət edib.

 

Yüksək riskli hamiləlik, hamiləliyin hipertenziyası, uşaqlığın mioması kimi problemlərə baxmayaraq hamiləliyin 38-ci həftəsində A.İsmayılova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra edilib. Cərrahi doğuş zamanı dölün ayaq gəlişində olması, ciftin sıx yapışması səbəbindən çətinliklə ayrılmasına baxmayaraq əməliyyat uğurla sonlanıb və cinsi kişi olan sağlam körpə dünyaya gəlib.

 

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib, ultrasəs müayinəsi zamanı uşaqlıqda heç bir problem aşkar edilməyib.

 

Ana əməliyyatdan üç gün sonra körpəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib