Meymunçiçəyi xəstəliyinə həftəlik yeni yoluxma hallarının sayı 20 faiz azalıb - ÜST
26.08.2022 10:01

Keçən həftə dünyada meymunçiçəyi xəstəliyinə yeni yoluxma hallarının sayı 20 faiz azalıb, baxmayaraq ki, Amerika qitəsi ölkələrində bu göstərici artıb. Avropada xəstəliyə yoluxma hallarında azalma qeyd edilir. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

 

Doktor Tedros Qebreyesus qeyd edib ki, xəstəliyin ilk yayılma mərhələlərində Avropa yoluxma hallarının göstəricilərinə görə liderlik edirdi. İndi məlumatı daxil olan yeni yoluxma hallarının demək olar ki, 60 faizini Amerika qitəsi ölkələri təşkil edir.

 

"Biz Avropada xəstəliyin yayılmasının zəifləməsinin əlamətlərini müşahidə edirik, – deyə ÜST başçısı vurğulayıb. – İctimai səhiyyə sahəsində effektiv tədbirlərin görülməsi ilə yanaşı insanların davranışının dəyişməsi və vaksinasiya infeksiyanın ötürülməsinin qarşısını almağa imkan verir”.

 

Lakin, onun sözlərinə görə, Latın Amerikasında xəstəliyin yayılması əhalinin kifayət qədər maarifləndirilməməsi, eləcə də ictimai səhiyyə sahəsində tədbirlərin və vaksinlərə çıxışın olmaması səbəbindən şiddətlənir.

 

Meymunçiçəyi xəstəliyinə qarşı peyvəndlərə gəldikdə, hazırda ÜST onların səmərəliliyini tədqiq edir. Bu barədə ÜST-nin immunizasiya departamentinin direktoru Keyt O’Brayen mətbuat konfransında bildirib. “Mən vurğulamaq istərdim ki, biz meymunçiçəyi xəstəliyinə qarşı vaksinlər barədə əhəmiyyətli həcmdə məlumata sahib deyilik, – deyə o, qeyd edib. – Buna görə bu gün, bir çox ölkədə immunizasiya kampaniyalarının başlandığı zaman peyvəndlərin səmərəliliyini, xüsusilə də xəstəliyin indiki yayılması kontekstində öyrənmək çox vacibdir”.

 

Doktor Tedros Qebreyesusun sözlərinə görə, COVID-19 pandemiyası hələ başa çatmayıb. “Biz COVID-19 ilə yaşamağa öyrəndiyimizi deyə bilmərik, təkcə bu il xəstəlik səbəbi ilə bir milyon insan ölüb, – deyə o vurğulayıb. – Bu, pandemiyanın başlanmasından iki il yarım sonra, infeksiyanın yayılmasının qarşısını almaq üçün biz bütün lazımi alətlərə malik olduğumuz zaman baş verir”.

 

O, hökumətləri yaşlı insanların, tibb işçilərinin və risk qrupundan olan bütün insanların vaksinasiyası ilə bağlı səyləri gücləndirməyə və həmçinin əhalisinin 70 faizinin immunizasiya ilə əhatə etməyə çalışmağa çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır