Daşkəsəndə ağır qəza, ölən və yaralananlar var
25.08.2022 17:07

Daşkəsəndə avtomobil betona çırpılıb.

 

Hadisə rayonun Quşçu kəndində baş verib. Hərəkətdə olan “VAZ 21011” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı betona çırpılması nəticəsində 52 yaşlı Xəlil İbrahimov və 56 yaşlı Sənəm Heydərova xəsarət alıblar. Xəstəxanaya aparılan zaman X. İbrahimov yolda ölüb.

 

Faktla bağlı araşdırma aparılır.