Fransada məşhur xəstəxana kiberhücuma məruz qalıb
25.08.2022 16:40

“Sud Francilien” xəstəxanası kiberhücuma məruz qalıb. Xəstəxanadan 10 milyon avro tələb olunur.

 

Aztibb.az xəbər verir ki, xakerlər Paris yaxınlığındakı “Corbeil –Essones”də yerləşən “Sud Francilien” Xəstəxana Mərkəzinin (CHSF) bütün kompüter şəbəkəsini bloklayıblar və CHSF-dən 10 milyon avro tələb edirlər.

 

Xəstəxananın təcili yardım fəaliyyəti pozulub, xəstələr yaxınlıqdakı digər xəstəxanalara köçürülüblər. Xəstəxananın bütün iş proqram təminatı, xəstəlik tarixçəsi və xəstələrin qəbulu ilə bağlı məlumatın sistemi əlçatmaz olduğu bildirilir.

 

Rəqəmsal Cinayətkarlıqla Mübarizə Mərkəzinin (RCMM) jandarmları hücumun arxasında duran qrupun kimliyini müəyyən etməyə çalışırlar. Hazırda şəbəkədə dörd, beş fəal qrup olduğunu deyən RCMM bildirib ki, bu qruplardan biri rusdilli “LockBit”dir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib