İkibuynuzlu uşaqlıq diaqnozu qoyulan qadın düzgün müalicə taktikası nəticəsində ana olub
25.08.2022 15:32
3 ilə yaxın sonsuzluq və ikibuynuzlu uşaqlıq diaqnozları ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət edən qadın ana olub.
 
Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.
 
Bildirilib ki, başqa tibb müəssisələrində pasiyentə hamiləliyin baş tutması üçün bir sıra əməliyyatlar, süni mayalanma təklif olunsa da vətəndaş bunlardan imtina edib.
 
İnstitutun Poliklinika şöbəsinin mama-ginekoloqu Kəmalə Rüstəmovanın konsultasiyasında olan vətəndaşa təyin olunan düzgün müalicə taktikasından sonra pasiyentdə normal hamiləlik baş tutub.
 
İkibuynuzlu uşaqlıq əksər hallarda hamiləliyin öz-özünə pozulmasına (uşaqsalmaya) səbəb olsa da, K.Rüstəmovanın nəzarəti altında 9 aylıq period sağlam şəkildə başa vurulub. Hamilə S.Səfərova Hamiləliyin patologiyası şöbəsinin müdiri, t.ü.f.d. Zinyət Muradova tərəfindən icbari tibbi sığorta çərçivəsində uğurla icra olunan qeysəriyyə kəsiyi əməliyyatı ilə övladına qovuşub.
 
Ana S.Səfərova ona yüksək səviyyədə göstərilən bütün tibbi xidmətlərdən razı qaldığını bildirib, başda Kəmalə Rüstəmova və Zinyət Muradova olmaqla bütün personala təşəkkür edib.
 
Qeyd edək ki, ikibuynuzlu uşaqlığı olan hamilə qadın daim ginekoloqun nəzarətində olmalı, özünü ağır fiziki yükləmələrdən və stresdən qorumalı, lazım olduğu təqdirdə isə hamiləliyin nəzarətdə saxlanılması üçün xəstəxanaya yerləşdirilməlidir. Bundan əlavə, belə patologiyalarda ekstrakorporal mayalanma və bir sıra əlavə əməliyyatlar icra olunmamışdan öncə normal hamiləliyin baş tutması üçün pasiyent düzgün və ətraflı müayinələrdən keçməli, müvafiq müalicə planı təyin olunmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib