Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və “Abbott” şirkətinin nümayəndələri arasında görüş keçirilib
25.08.2022 15:29
25 avqust 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin “Abbott” şirkəti ilə imzaladığı memorandum çərçivəsində qarşılıqlı əməkdaşlığa həsr edilmiş növbəti görüşü keçirilib.
 
 
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Hospitalın rəis müavini Bəxtiyar Musayev, kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu və “Abbott” şirkətinin Rusiya və MDB üzrə Ürək Cərrahiyyəsi şöbəsinin müdiri Aleksey Potebnya iştirak ediblər.
 
Görüş zamanı imzalanmış memorandum cərçivəsində əməkdaşlığın növbəti addımları istiqamətində TAVİ prosedurlarının Azərbaycanda inkişafı, mitral klip əməliyyatının ölkəmizdə tətbiq olunmasının perspekrivləri, ürək-damar cərrahiyyəsi sahəsində metodik vəsaitlərin və protokolların hazırlanması və praktikada tətbiqi məsələləri müzakirə edilib. Eyni zamanda, hər iki tərəfin marağında olan digər məsələr ətrafında danışıqlar aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib