Səssiz qatil: təzyiqi nəzarətdə saxlamaq niyə vacibdir?
25.08.2022 15:22

Əgər qan təzyiqinizə nəzarət etmirsinizsə, böyük səhv edirsiniz. Hətta özünüzü əla hiss edirsiniz və hipertoniya heç vaxt sizə problem yaratmayıbsa belə vəziyyət hər an dəyişə bilər.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, rusiyalı həkim endokrinoloq Arina Tertışnaya təzyiqə nəzarət etməyin niyə bu qədər vacib olduğunu və bu məsələyə məhəl qoymamağın hansı nəticələrə səbəb ola biləcəyindən bəhs edib.

 

“Hazırda cəmiyyətimizdə qan təzyiqinə nəzarət etməmək insanlar üçün ən təhlükəli yanaşmadır. Əksəriyyət ilk siqnallara məhəl qoymamağa öyrəşib və təzyiq yüksələndə bunun öz-özünə keçəcəyini düşünürlər”.

 

Arina Tertışnaya bildirib ki, hipertəzyiq bədəndəki digər ciddi nasazlıqların siqnalı ola bilər. Yüksək qan təzyiqi müstəqil bir xəstəlik deyil, bir simptomdur.

 

Barmağımızı öz nəbzimizdə saxlamaq niyə vacibdir? Çünki hipertoniyanın ilk mərhələlərində hələ də vəziyyəti dərman istifadə etmədən düzəltmək olar.⠀

 

Həkimin sözlərinə görə, əksər hallarda həyat tərzini tənzimləmək, pəhrizi nəzərdən keçirmək və pis vərdişlərdən imtina etmək kifayətdir. Məsələn, siqareti tərgitmək çöx önəmlidir. Bəzi hallarda hipertəzyiqin səbəbləri müntəzəm olaraq çox artıq qida qəbul etmək, pəhrizdə həddindən artıq duz, spirtli içkilər, az hərəkətlilik və ya tamamilə hərəkətsizlikdir.

 

"Mütəmadi olaraq təzyiqin yüksəldiyini görürsünüzsə, mütəxəssisə müraciət etməlisiniz. Səbəbini mümkün qədər tez tapmaq vacibdir. Səbəbi müəyyənləşdirməkdə sizə terapevt və ya kardioloq kömək edəcək", - deyə mütəxəssis əlavə edib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub