Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu təqdimatla çıxış edəcək
24.08.2022 17:15

29 avqust 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d., Sədi Allahverdiyev “Azərbaycan və Böyük Britaniyanın mama-ginekologiya sahəsində oxşar və fərqli cəhətlər” mövzusunda təqdimatla çıxış edəcək.

Aztibb.az xəbər verir ki, Sədi Allahverdiyev çıxışı zamanı 7-20 avqust 2022-ci il tarixlərində Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında iştirak etdiyi təcrübə mübadiləsində qazandığı təəssüratlarını bölüşəcək və həmkarlarla səmimi müzakirə həyata keçirəcək. Tədbirə Sədi Allahverdiyevin təcrübə mübadiləsinin təşkilində böyük əməyi olan həmyerlimiz, Böyük Britaniyanın Kral Kollecinin üzvü olan ilk azərbaycanlı, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının məsləhətçi mama-ginekoloqu Dr.Fidan İsrafil-Bəylinin də onlayn olaraq qoşularaq öz töhfəsini verməsi nəzərdə tutulur.

Mərkəzi Gömrük Hospitalının akt zalında saat 15:00-dan 16:00-dək davam etməsi planlaşdırılan tədbir mama-ginekoloqlar və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Tədbirdə iştirak ödənişsizdir.

Maraqlanan mama-ginekoloq və rezidentlər tədbirdə iştirak edə bilər.
Tədbirdə iştirak üçün qeydiyyatdan keçmək mütləqdir!

Qeydiyyat linki: https://forms.gle/jm2eo1jxjHqq1QEZ7

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib