Pakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar  
24.08.2022 10:45

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) baş direktoru akademik İradə Hüseynova və icraçı direktor dosent Ələmdar Məmmədov Pakistanın Lahor şəhərində yerləşən Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları Abdul Qayyum və Allah Bakşi ilə görüşüblər.

 

MBBİ-dən Aztibb.az-a bildirilib ki, görüş zamanı akademik İradə Hüseynova pakistanlı alimlərə rəhbərlik etdiyi institutun yaranma tarixi, elmi laboratoriyaları və onların tədqiqat istiqamətləri, burada aparılan elmi işlər barədə geniş məlumat verib. Qeyd olunub ki, institutun və Pakistan alimlərinin əməkdaşlıq əlaqələri 20 ildən artıq tarixə malikdir. Qonaqlar Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin infrastrukturu, aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verdikdən sonra institutun laboratoriyaları, mövcud maddi-texniki bazası ilə yaxından tanış olublar.

 

Daha sonra molekulyar metodlarla yeni stresədavamlı buğda genotiplərinin yaradılması məqsədilə birgə hazırlanmış layihənin detalları müzakirə edilib. Eyni zamanda, hər iki elmi mərkəz arasında əməkdaşlığın daha da genişləndirilməsi, molekulyar biologiya, molekulyar biotexnologiya, populyasiya genomiksi və digər istiqamətlər üzrə birgə layihələrin və yüksəkixtisaslı gənc kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib