Sarıkök Altsheymer xəstələrində beyinə iltihab əleyhinə təsir göstərir
24.08.2022 15:46

İnsan yaşlandıqca beyin tədricən köhnəlir. Bu, qismən kök hüceyrələrinin kifayət qədər istehsal edilmədiyindən baş verir. Lakin demensiya baş verdikdə beyin daha az ixtisaslaşdırılmış hüceyrə istehsal edir ki, bu da yaddaşın itirilməsi kimi problemlərə səbəb olur. Xoşbəxtlikdən, bir ədviyyat kök hüceyrələrinin istehsalını stimullaşdıraraq, bu təsirlərə müqavimət göstərə bilər.

 

Ağıl zəifliyi beyin funksiyalarının tədricən zəifləməsi ilə xarakterizə olunan bir sıra xəstəliklərə gətirib çıxarır. Bu cür xəstəlikləri olan insanlarda beyində neyronlar zədələnir və məhv olur, bu neyronlar arasında əlaqə isə pozulur, bu da orqan sahələrinin azalmasına gətirib çıxarır. Xoşbəxtlikdən, bəzi sarıkök birləşmələri beyində yeni neyronların artmasına kömək edə bilər.
“Sarıkök kurkumin adlı bioloji aktiv birləşməsi ilə yaxşı tanınır. Kurkumin Altsheymer xəstəliyi olan pasiyentlərdə koqnitiv funksiyaları inkişaf etdirərək, beyinə iltihab əleyhinə vasitə kimi təsir edir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, ədviyyatın tərkibində, həmçinin ar-turmeron adlı ikinci bioaktiv birləşmə də var və o, kök hüceyrələrinin sayının çoxalması sayəsində neyrodegenerasiya əleyhinə müdafiəni təmin edə bilir", - deyə həkim-nevroloq Aleksandra Alexina bildirib.


Beyində və onurğa beynində aşkar olunan sinir kök hüceyrələri (SKH) mərkəzi sinir sisteminin müxtəlif növ hüceyrələrinə, misal üçün neyronlara ayrıla bilən xüsusi hüceyrələrdir. Neyronlar təfəkkür üçün həlledici əhəmiyyət kəsb edir, çünki onlar beyin və sinir sisteminin müxtəlif sahələrinə məlumatı ötürür.

 

Beyin neyron zəncirlərini qurmağa kömək etmək üçün uzun inkişaf dövrü ərzində yeni neyronlar istehsal etməyə meyillidir. Onlar, öz növbəsində, yaddaş üçün həlledici əhəmiyyət kəsb edən beynin müxtəlif sahələri arasında informasiya magistralları kimi hərəkət edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub