TƏBİB-in tabeli tibb müssisələri haqqında MƏLUMAT
24.08.2022 09:21
Azərbaycanın ən böyük dövlət tibb müəssisələrindən biri olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 212 ünvanında yerləşir.
 
TƏBİB-dən Aztibb.az-a daxil olan məlumata görə, Respublika Klinik Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Ginekologiya, Cərrahiyyə, Üz-çənə cərrahiyyəsi, Oftalmologiya, Otorinolarqologiya, Fizioterapiya, Nefrologiya, Kardiologiya, Radiologiya, Laboratoriya, Hemodializ, Hemotologiya, Uşaq kardiologiyası, Uşaq radiologiyası, Qanköçürmə və s. şöbələr mövcuddur.
 
Hazırda tibb müəssisəsində 409 həkim (10-u uzman olmaqla), 630 tibb işçisi, 697 qeyri-tibb işçisi çalışır.
 
Respublika Uşaq Klinik Xəstəxanası Respublika Klinik Xəstəxanasının nəzdində fəaliyyət göstərir. Eləcə də xəstəxana tibbi kadrlar hazırlayan Azərbaycan Tibb Universitetinin, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, 1 saylı və 2 saylı tibb kolleclərinin tədris bazasıdır.
 
Tibb müəssisəsində 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi yetərlidir.
 
Qeyd edək ki, gün ərzində Respublika Klinik Xəstəxanasına müraciət edən pasientlərin sayı 1600-2300, özəl tibb müəssisələrinə göndərilən göndərişlərin sayı isə 30-80 arası dəyişir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib