“Ana südü ilə qidalandırmağa doğru On addım” adlı layihə uğurla davam etdirilir
23.08.2022 10:45
TƏBİB və UNİCEF-in birgə təşkilatçılığı ilə TƏBİB nəzdində doğuşayardım xidmətini həyata keçirən müəssisələrdə baş tutan “Ana südü ilə qidalandırmağa doğru On addım” adlı layihə uğurla davam etdirilir.
 
Layihə çərçivəsində 2022-ci ilin fevral, mart aylarında təlimçilərdən ibarət 10 nəfərlik qrup tərəfindən 15 tibb müəssisəsində 300-dən çox tibb işçisinin iştirakı ilə təlimlər keçirilib. Aprel, may və iyun aylarında keçirilən təlimlərin monitorinqləri edilib və nəticələr haqqında yekun müzakirələr aparılıb.
 
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda ana südü ilə qidalandırmada mövcud problemləri aradan qaldırmaq, ana südü ilə qidalandırmanın mühafizəsi, təşviqi və dəstəklənməsi, tibb müəssisələrində süni qida məhsullarının verilməsinə son qoymaq, süni qidaların ana südünə nisbətdə fərqini tibbi heyətə çatdırmaq və ana südü ilə qidalanan uşaqların sayını artırmaqdan ibarətdir.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib