Tərkibi dəmirlə zəngin olan gicitkən anemiyalı xəstələr üçün faydalıdır - Fitoterapevt 
23.08.2022 09:06
Təzə gicitkən qurusundan daha xeyirlidir. Gicitkənin tərkibində Mendeleyev cədvəlidə olan bütün elementlər mövcuddur.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
 
Həkim bildirib ki, yazın başlanğıcında, insan orqanizmi qışdan çıxanda bədəndə vitamin-mineral əskikliyi əmələ gəlir, bu əskiklik özünü uşaqlarda daha çox büruzə verir.
 
"Əlinizə rezin əlcək geyinib gicitkəni dərin, suda yuyun və qayçı ilə doğrayıb şüşə qabın yarısına qədər doldurun, üzərinə su əlavə edib blenderlə qarışdırın, təzə gicitkən şirəniz hazırdır. Təzə yığılmış yarpaqları yuyub şirəçəkəndən keçirmək də olar bu zaman təmiz gicitkən şirəsi əldə edəcəksiniz. Bu şirədən gündə 2 dəfə, yeməkdən əvvəl 1 stəkan için".
 
F.Hüseynovun sözlərinə görə, gicitkən şirəsi bədəndə çatışmayan bütün vitamin və mineralların yerini dolduracaq. Əsasən də dəmirlə zəngindir, anemiyalı xəstələr üçün çox faydalıdır.
 
Fitoterapevt qeyd edib ki, təzə gicitkən şirəsi qanda oksigenin miqdarını artırır və toxumaların qidalanmasını yaxşılaşdırır, qəbizliyi aradan götürür, böyrəkləri daş və qumlardan təmizləyir, dərin itəravətləndirir, immuniteti artırır. Bundan başqa, təzə gicitkəndə bol miqdarda K vitamini vardır ki, qanın laxtalanmasını tənzimləyir. Təzə gicitkəni dərib süpürgə kimi bağlayıb, sauna və ya hamamda dizlər və bel nahiyəsi həmin süpürgə ilə döyülür. Revmatizmdə, bel ağrılarında və orqanizmi qüvvətləndirmək üçün çox faydalıdır. Təzə gicitkən ətçəkən maşından keçirilib təzə tökülmüş saçların yerinə lopa şəklində qoyulduqda yeni tük gətirir, olan saçları qalınlaşdırır. Bunu zob üzərinə qoyanda düyünlər əriyir, daban mahmızı üzərinə qoyanda isə mahmız kiçilir. Oynaqların duzlaşmasında və podaqrada tətbiq olunanda oynaqlarda olan şiş və ödem azalır. Belin aşağı hissəsində tüklər follikullara girib infeksiya törətdikdə, gicitkən əzməsi büzdümün həmin nahiyəsinə qoyulur, iltihab və ağrını azaldır. Onu ekzema və dəmrovların üzərinə qoyanda dəri zədələnməsi əhəmiyyətli dərəcədə azalır, lipomaların isə ölçüsünü kiçildir.
 
F.Hüseynov əlavə edib ki, təzə gicitkən şirəsini 10 gün içidikdən sonra 1 həftə fasilə vermək lazımdır, çünki qanı qatılaşdıra bilər. Gicitkən kökləri prostat vəzin adenomasında (xoşxassəli şişlərində) çay kimi dəmlənib içilir.
 
Gicitkən yarpaqlarından Misirdə təbii qida boyası alınır. Gicitkən kökləri prostat hiperplaziyasında (böyüməsində) 3 çay qaşığı 3 stəkan suda 3-4 dəq qaynadılır, ilıq olandan sonra süzülür, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub