"YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü Məsud Aşina ağır yaralıları müayinə edib
22.08.2022 22:05

“YAŞAT” Fondu tərəfindən müharibə əlillərinə dəstək davam edir. Belə ki, yaralıların ölkə daxilindəki müalicələrinə daimi dəstək göstərilməsi ilə yanaşı, ağır yaralanmış şəxslər ölkə xaricinə müalicə üçün göndərilir, habelə ölkəmizə mütəxəssislər dəvət olunurlar.

 

Fonddan verilən xəbərə görə, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, 2019-2021-ci ildə Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri olan, İnsan Miqreni Araşdırma Birliyinin direktoru, Danimarkada Azərbaycan Diasporunun fəxri üzvü Məsud Aşina və Harvard Tibb Məktəbinin Nevrologiya və anesteziologiya kafedrasnın dosenti, Bostondakı “Beth İsrael Deaconess” Tibb Mərkəzinin Baş ağrısı şöbəsinin rəhbəri Səid Aşina tərəfindən müharibə əlillərinin müayinə prosesi keçirilib. Vətən müharibəsi zamanı başından ağır xəsarətlər alan qazilər Bakı Sağlamlıq Mərkəzində təkrar müayinə prosesinə cəlb ediliblər və onlara uyğun müalicə təyin olunub.



Ötən il də şiddətli baş ağrılarından əziyyət çəkən müharibə əlilləri professor tərəfindən müayinə olunaraq, müalicə prosesinə cəlb edilmişdilər. Məsud Aşina həmçinin ölkəmizdə müvafiq ixtisas üzrə təhsil alan gənc mütəxəssislərlə görüşərək onlarla təcrübələrini bölüşüb, tələbələrə seminar keçib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib