AQTİ laboratoriyası İngiltərədə keçirilən səriştəlilik sınağında uğurlu nəticə əldə edib  
22.08.2022 16:02

Əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi və kadrların səriştəliliyinin artırılması üçün təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

 

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, həmin tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası İngiltərənin "Fapas" şirkəti tərəfindən təşkil edilən səriştəlilik sınağında iştirak edib. Belə ki, 50-dən artıq xarici laboratoriyanın da iştirak etdiyi səriştəlilik sınağı çərçivəsində laboratoriyada fındıq məhsulunda Aflatoksin B1, ümumi aflatoksin (B1, B2, G1, G2) və Oxratoksin A parametrləri üzrə sınaqlar maye xromotoqrafiya cihazında müayinə edilib. Sınaq zamanı əldə olunan göstəricilərə əsasən laboratoriya yüksək nəticə əldə edib və səriştəlilik sınağından uğurla keçib.

 

Qeyd edək ki, indiyədək sınaq laboratoriyası müxtəlif müayinələr üzrə beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında iştirak edərək uğurlu nəticə göstərən laboratoriyalar sırasında yer alıb. Həmçinin laboratoriya Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb