Zoğal mürəbbəsi soyuqdəymə zamanı ən yaxşı təbii vasitə hesab olunur
22.08.2022 14:15

Yazın nəfəsi duyulan kimi ilkin çiçəkləyənlərdən biri zoğal ağacı olur. Tez çiçək açsa da, onun barvermə vaxtı avqustun cırhacır istilərinə düşür. Qıpqırmızı meyvələri həm dad-tamı, həm də forması etibarı ilə cürbəcür olur. Xırda-xırda, yumru-yumru, hardasa itburnunu xatırladanı da olur, uzun-uzun, barmağın ucu boyda olanı da. Ağız büzüşdürəni, turşməzə olanı da var, şirinliyindən barmaq yaladanı da.

 

Qədim zamanlarda aran yerlərində qamışdan, dağlıq yerlərdə isə zoğalın nazik çubuqlarından cəvəran və səbət toxuyardılar. Hətta zoğalın lap nazik çubuqlarından aşı süzmək üçün çətən hörərdilər. Nənələrimiz yun çırparkən məhz zoğal çubuğundan istifadə etmişlər. Meşədə, bulaq üstündə kabab çəkmək üçün şiş axtaranların dadına zoğalın dümdüz çubuqları çatır. Belinə zoğal çubuğu çəkilən adam uzun müddət onun göynərtisini unuda bilməz. Görünür, elə bu keyfiyyətinə görə keçmişdə mədrəsə və molla məktəblərində cəza vasitəsi kimi zoğal çubuğu ilə döyülmək geniş yayılmışdı. O qədər də iri olmayan yaşıl yarpaqlar arasındakı qırmızı zoğal meyvələrini yığmaq heç də asan deyil. Meyvələri yığanda yarpaqlar gicitkən kimi ağrılı olmasa da, çılpaq qollara dalayıçı təsir göstərir.

 

Aztibb.az tibbi saytlara istinadla xəbər verir ki, zoğal mürəbbəsi ilə çay içmək orqanizmdən soyuqdəyməni qovub çıxarır. Meyvələrindən hazırlanan axta və turşu müxtəlif xörəklərə tökülərək ona dad verir. Onu hazırlamaq üçün zoğal dənədən çıxarılandan sonra tənəkənin üstündə açıq havada qurumağa qoyulur, quruyandan sonra duzlu suya çəkilərək yığılıb qışa saxlanılır. Qurumuş zoğal dənəsini həvəngdəstədə döyüb toz halına salandan sonra onu çaya töküb qarnı ağrıyan uşağa verirlər. Zoğal lavaşı isladılandan sonra boğazı gələn xəstəyə verilir, diş ağrısı zamanı onu ağrıyan nahiyəyə sürtmək də faydalıdır.

 

Zoğal şirəsi və mürəbbəsi soyuqdəymə, qızdırma, titrətmə və üşütmə zamanı ən yaxşı təbii vasitə hesab olunur. Onun meyvələrindən şirə, mürəbbə, kompot, povidla, jele, şərbət hazırlanır. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edilir. Bundan əlavə, meyvəsinin tumunu qovurub toz halına salandan sonra uşaqlarda baş verən ishala qarşı işlədirlər. Azərbaycanın xalq təbabətində zoğalın meyvələrindən çox qədimdən malyariyaya qarşı da istifadə olunub. Bu məqsədlə zoğalın qurudulmuş meyvəsini suda çay kimi dəmləyib gündə 2-3 dəfə xəstəyə içiriblər. Zoğaldan hazırlanan lavaş da kənd yerlərində çox yayılıb. Zoğal lavaşından bir sıra xörəklərdə dadverici, iştahaartırıcı, mədənin həzm prosesini yaxşılaşdıran vasitə kimi geniş istifadə edilir.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir