Ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçirlər
22.08.2022 12:32
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçirlər.
 
Aztibb.az-a bu barədə nazirlikdən məlumat verilib.
 
Bildirilib ki, valideyn himayəsindən məhrum olan 7-17 yaş arası 28 uşaq Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində ilk olaraq pediatr müayinəsi, ümumi müayinələr də daxil olmaqla, laborator-instrumental müayinələrdən keçiblər.

Hazırda uşaqlar Mərkəzdə psixiatr və psixoloqlarla görüş keçirirlər. Tam müayinələr bitdikdən sonra ukraynalı uşaqlar fizioterapevt və reabilitoloq tərəfindən qəbul olunacaqlar. Fizioterapevtik müalicələrə ehtiyacı olanlar üçün müalicə kursu da təyin olunacaq.

Sanator-Kurort Reabilitasiya Mərkəzində uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Burada olduqları müddətdə onlara Azərbaycan xalqını və tarixinin əks etdirən yerlərə və mərkəzlərə də ekskursiyalar təşkil olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib