Sumqayıtda Məhkəmə Tibb Ekspertiza şöbəsinin ərazisində yanğın olub
22.08.2022 10:52

Sumqayıtda Məhkəmə Tibb Ekspertiza şöbəsinin ərazisində yanğın olub.

 

Aztibb.az-ın məlumatına görə, hadisə axşam saat 20:00 radələrində baş verib.

 

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova faktı təsdiqləyib. Bildirib ki, hadisə Sumqayıt şəhər Məhkəmə Tibb Ekspertiza Şöbəsinin ərazisindəki köhnə anbarda baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yanğın söndürülüb.