Məkkəgülü çayının FAYDALARI
22.08.2022 10:31
Məkkəgülü Azərbaycanda bitməsə də, isti iqlimli ölkələrdə çox bitir və becərilir. Həm uşaqlar, həm cavanlar, həm də yaşlılar üçün faydalı bitkidir. C vitamini ilə zəngin tərkibi sayəsində orqanizmi toksinlərdən təmizləyir. Həmçinin damarların içini yağ tullantılarından təmizləyir və bununla da həm təzyiqi tənzimləyir, həm də ürəyin işini normallaşdırır. Bağırsaqlardakı artıq şlakları xaric edir, bununla da artıq çəkini atmağa yardım edir, bundan əlavə böyrək və sidik yollarını da mikroblardan təmizləyir.
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov məkkəgülü bitkisinin faydalarından bəhs edərkən bu barədə məlumat verib.
O, bildirib ki, ən əsası, bu bitkinin xoşagələn bir dadı vardır. Təzyiqi saldığından bəzi adamlar içməkdə problem yaşaya bilərlər. Bunu aradan qaldırmaq üçün 1 çay qaşığı məkkəgülü 1 stəkan suda dəmləndikdən sonra süzülür, bir qədər soyuduqda dəmləməyə 1 dolu çay qaşığı bal qarışdırılaraq içilir. Bal içkinin faydalı təsirlərini bir qədər də artırmış olur. Dəmləmə soyuq halda içiləndə məkkəgülü şərbəti adlandırılır. Məkkəgülü şərbəti güclü antioksidantdır, xərçəngəleyhinə təsiri var, immuniteti gücləndirir, yüksəlmiş xolesterini aşağı salır.
Məkkəgülü şərbətinin hazırlanması:
300 qram məkkəgülü 3 litr adi suda 5-6 saat saxlanılır, sonra süzülür. Məkkəgülünün həm dadı, həm də rəngi suya keçir, sonra üzərinə 4 litr su və zövqə görə limon, darçın və ya zəncəfil əlavə edilir. Şərbətin dadını yaxşılaşdırmaq üçün bal və ya şəkər tozu qarışdırıb içmək olar. Çox dadlı və susuzluğu yaxşı yatıran bir içki alınır.
"Məkkəgülü çayını və ya şərbətini yeməkdən sonra içmək məsləhətdir, çünki mədəyə qıcıqlandırıcı təsiri ola bilər. Qastritlər zamanı içilməsi məsləhət deyil. Hamiləlikdə və südvermə zamanı çox az istifadə olunmalıdır", deyə həkim məkkəgülü çayından istifadə edərkən insanları müəyyən məqamları diqqətdə saxlamağı tövsiyə edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18

