Yüksəkixtisaslı radioloq Eldəniz Hüseynov - “Həkimlərimizi tanıyın!”
22.08.2022 10:23
Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadla, “Həkimlərimizi tanıyın!” rubrikasında xoş xasiyyəti və diqqəti ilə pasiyentlərin rəğbətini qazanmış, qayğıkeş və yüksəkixtisaslı radiloq, Radiologiya şöbəsinin rəisi, uzman həkim-radioloq Eldəniz Hüseynov haqqında məlumatları təqdim edir.
E.Hüseynov Mərkəzi Gömrük Hospitalında ümumi radiologiya, neyro radiologiya, döş qəfəsi radiologiyası, süd vəzisi radiologiyası, fetal görüntüləmə, əzələ-dayaq sistemi radiologiyası, uşaq radiologiyası, invaziv radiologiya sahəsində bütün prosedurları həyata keçirir. Eyni zamanda Eldəniz Hüseynov ürəyin tomoqrafiyası/koronar KT angioqrafiyasını və Kardiak Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsini həyata keçirir. Qeyd edək ki, Kardiak MRT- maqnit sahəsi və xüsusi kompüter proqramından istifadə edərək ürəyin ətraflı görüntülərinin alınmasını təmin edən, qabaqcıl ürək-damar görüntüləmə metodudur. Ürək tomoqrafiyası/koronar KT angioqrafiyaürəyin anatomik quruluşunun qiymətləndirilməsində və bir çox ürək xəstəliklərinin müalicəsində bələdçi olaraq istifadə edilən, kontrast maddə istifadə edilərək çəkilən tomoqrafik görüntüləmə üsuludur.
O, 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 2003-2004-cü illərdə Milli Onkologiya Mərkəzində internatura keçib, 2009-2014-cü illərdə Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin radiologiya kafedrasında uzmanlıq təhsili alıb. Eldəniz Hüseynov 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında Radiologiya şöbəsinin rəisi vəzifəsində çalışır.
E.Hüseynov bilik və bacarıqlarını artırmaq məqsədilə 2011-ci ildə Türkiyənin Antalya şəhərində Türk Ulusal Radioloji konfransında, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Karotis stentləmə kursunda, yenə həmin ildə Türkiyənin İstanbul şəhərində Türk Radioloji Dərnəyinin aylıq simpoziumlarında, Ankarada isə Türk Maqnit Rezonans Dərnəyinin 23-cü illik konfransında iştirak etmişdir.
Həkim-radioloq daim öz üzərində çalışır, dünya səhiyyəsinin son nailiyyətlərini izləyir və öz təcrübəsində tətbiq edir. O, həmçinin, Türkiyə Radioloji Dərnəyinin və Türkiyə Maqnit Rezonans Dərnəyinin üzvüdür.
Eldəniz Hüseynovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. Həkim barədə daha ətraflı məlumat almaq link: https://customshospital.az/eldeniz-huseynov/
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

