ÜST Ebola virusuna qarşı 2 preparat tövsiyə edir
20.08.2022 15:14

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusunun törətdiyi xəstəliyin müalicəsi ilə bağlı ilk təlimatı dərc edib. Bu təlimat monoklonal anticisimlərin iki preparatının istifadəsi ilə bağlı yeni tövsiyələri ehtiva edir.


Terapevtik vasitələrin randomizə edilmiş klinik sınaqlarının sistematik icmalı və meta-analizindən sonra ÜST iki monoklonal anticisimlər preparatı mAb114 (Ansuvimab; Ebanga) və REGN-EB3 (Inmazeb) ilə bağlı tövsiyələri dərc edib.

 

Klinik sınaqlar Ebola virusunun yayılması zamanı aparılıb, üstəlik ən böyük sınaq Konqo Demokratik Respublikasında həyata keçirilib, bununla da sübuta yetirilib ki, hətta mürəkkəb şəraitdə Ebola virusunun yayılması zamanı yüksək elmi dəqiqlik səviyyəsinə nail olmaq olar.

 

Tövsiyələr Ebola virusu olan xəstələrə baxan tibb işçiləri, eləcə də xəstəliyin yayılması və onun qarşısının alınmasında iştirak edən siyasətçilər üçün faydalı olacaq.

 

Yeni tövsiyələr klinik baxım üzrə təlimatı tamamlayır, bu təlimatda analizlərin aparılması, ağrının kəsilməsi, qidalanma, yanaşı xəstəliyin müalicəsinə yanaşmalar və sağalmaq üçün ən düzgün yol təsvir edilir.

 

Tövsiyə edilən iki preparat açıq-aydın üstünlükləri nümayiş etdirib və Ebola virusunun səbəb olduğu xəstəliyin təsdiqlənmiş müsbət diaqnozu ilə bütün xəstələrə tətbiq edilə bilər.

 

Bu preparatlardan yaşlı insanlar, hamilə və uşaq əmizdirən qadınlar, uşaqlar və Ebola diaqnozu olan anaların yeni doğulan körpələri istifadə edə bilər. Pasiyentlər monoklonal anticisimlər preparatlarını qəbul etməyə mümkün qədər tez, diaqnozun laboratoriya təsdiqindən dərhal sonra başlamalıdır.
Bu preparatlara çıxış mürəkkəb olaraq qalır, xüsusilə də məhdud ehtiyatı olan bölgələrdə. ÜST bu müalicə metodlarına çıxışın yaxşılaşdırılmasında ölkələrə, istehsalçılara və tərəfdaşlara dəstək göstərməyə hazırdır.

 

 
 

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim