Azərbaycanlı həkim Böyük Britaniyada təcrübə keçir
20.08.2022 11:47

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d. Sədi Allahverdiyev Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında təcrübə mübadiləsində iştirak edir. O, Birmingem Qadın və Uşaq Hospitalının stasionar doğum şöbəsinin iş prinsipinin təşkili barədə məlumatları bölüşüb.

 

Azərbaycanlı həkim bildirib ki, Birmingem Qadın və Uşaq Hospitalına daxil olan hamilə qadınların Təcili yardım şöbəsində patologiyalarının ağırlıq dərəcələri müəyyən edilir. Aşağı risk qrupunda olan hamilələr doğuş zamanı mamaça nəzarəti altında doğum üçün nəzərdə tutulan şöbəyə yerləşdirilir. Belə doğuşlarda bir fəsad baş verməzsə nə mama-ginekoloq, nə də neonatoloq iştirak etmir. Həmçinin, aşağı risk qrupunda olan hamilələr evdə doğuş xidmətini də seçə bilirlər.

 

Sədi Allahverdiyev qeyd edib ki, Birmingem Qadın və Uşaq Hospitalında çalışan mamaçaların davamlı treninqlərdə və təlimlərdə iştirak edirlər. Hamiləlik təqibi zamanı hər hansı risk faktoru təyin edilmiş hamilələr ixtisaslı mama-ginekoloji briqadanın nəzarəti altında yüksək riskli hamilələr doğum şöbəsində yerləşdirilir. Bu mərkəzdə də “bir hamilə - bir mamaça” prinsipinə riayət edilir. Bundan sonra pasiyent Zahılıq şöbəsinə köçürülür.

 

Onun sözlərinə görə, planlı və təcili cərrahi doğuşlar ən müasir avadanlıqlarla təchiz olunmuş iki əməliyyatxanada icra olunur. Doğuş və ya keysəriyyə əməliyyatı sonrası heç bir patologiyası aşkar olunmayan uşaqlar neonatoloji şöbədə deyil, anası ilə bərabər bir otaqda qalır. Digər uşaqlar isə ağırlıq dərəcələrindən asılı olaraq 3 şöbədə yerləşdirilir və bu şöbələrə valideyinlərin sutkanın istənilən saatında girişinə məhdudiyyət qoyulmur.

 

Dr. Sədi Allahverdiyev ezam olunduğu Birmingem Qadın və Uşaq Hospitalının təcrübə mübadiləsini davam etdirir. O,Brimingem Qadın və Uşaq Hospitalında olduğu müddətdə burada aldığı xoş təəssüratları da bizimlə bölüşüb: “Xüsusi qeyd etmək istərdim ki, yaradılan bütün bu şərait əlbəttə ki, professional şəkildə hazırlanmış mütəxəssislər və illərlə üzərində işlənilərək cilalanmış protokollar olmadan və onlara iş prosesində riayət olunmadan sadəcə mümkün deyil.

 

Əminəm ki, Mərkəzi Gömrük Hospitalının tezliklə açılışı gözlənilən, yeni Qadın və Uşaq Mərkəzində Böyük Britaniyanın sutka ərzində 25 dən çox doğuşu gerçəkləşdirən və cəmi 21% keysəriyyə faizi olan bir mərkəzdən qazandığımız təcrübə xəstələrimizə xidmətimizin keyfiyyətinin yüksəldilməsinə böyük töhfə verəcək”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb