Meymunçiçəyi ilk dəfə insandan itə keçib
19.08.2022 16:01

İnsandan heyvana ilk meymunçiçəyinə yoluxma halı qeydə alınıb.

 

Aztibb.az hightech.fm-ə istinadla xəbər verir ki, bu barədə Parisdəki (Fransa) Sorbonna Universitetinin infeksion xəstəliklər üzrə mütəxəssislərinin "The Lancet"də dərc etdiyi araşdırmada bildirilir.

 

Məlumata görə, meymunçiçəyi iki kişi ilə birlikdə yaşayan itdə müəyyən edilib. Heyvanın onlardan biri tərəfindən yoluxmuş ola biləcəyi deyilir.

 

Kişilərin hər ikisinə iyunun əvvəlində meymunçiçəyi diaqnozu qoyulubmuş. İlk simptomlardan 12 gün sonra isə onların 4 yaşlı itlərində dəridə və selikli qişalarda çoxsaylı zədələr, o cümlədən iri irinli sızanaqlar və xoralar görünüb. Daha sonra itə PZR testi aparılıb və nəticələr müsbət olub.

 

Pasiyentlərin sözlərinə görə, onlar itə yataqlarında yatmasına icazə veriblər.

 

Həkimlər onu da vurğulayıblar ki, yoluxmuş itin meymunçiçəyi virusunu insanlara ötürə biləcəyi hələlik məlum deyil.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib