Qanunsuz fəaliyyət göstərən unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsi aşkarlanıb
19.08.2022 10:57

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.    

 

Aztibb.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 9 ünvanında yerləşən, fiziki şəxs Kərimova Təranə Həsən qızına məxsus unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən aparılmış plandankənar yoxlama zamanı sanitar-gigiyena qaydalarına və normativ hüquqi sənədlərin tələblərinə əməl edilmədiyi, eyni zamanda müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb. Belə ki, müəssisədə temperatur və rütubət rejminə riayət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, xammal və hazır məhsul anbarları olmadığından un kisələrinin istehsal sahəsində saxlanıldığı, istehsal prosesində texnoloji ardıcıllığa əməl olunmadığı, istifadə olunan işçi masaların və rəflərin gigiyenik materialdan hazırlanmadığı, sobaların və məhsulların yığıldığı dəmir qabların korroziyaya uğrayaraq pasla örtüldüyü, sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi, istifadə olunan xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı, müntəzəm olaraq təmizlik işlərinin aparılmadığı və səlahiyyətli qurumla müqavilənin bağlanılmadığı müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev