“Süd vəzi xərçəngi diaqnostikası və müalicəsində yeni era” adlı vebinar keçiriləcək
19.08.2022 16:31
2 sentyabr 2022-ci il, saat 19:00 Millli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatı ilə 2 sentyabr 2022-ci il tarixində “Süd vəzi xərçəngi diaqnostikası və müalicəsində yeni era” adlı vebinar keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, vebinarda professor Laszlo Tabar süd vəzi xərçənginin diaqnostikası və müalicəsində çox mühüm yeniliyi əhatə edəcək mövzu ilə çıxış edəcək.
 
Dr. Laszlo Tabar dünya miqyasında süd vəzi xərçəngi ilə mübarizədə mühüm töhfə vermiş və 40 ildən çox davam edən karyerasında bu xəstəlik ilə bağlı vacib yeniliklərə imza atmışdır. O, İsveçrə Uppsala Universitetinin radiologiya üzrə professoru, Falun Mərkəzi Xəstəxanasının Mamoqrafiya şöbəsinin tibbi direktoru, Amerika Birləşmiş Ştatlarında çoxsaylı süd vəzi mərkəzlərinin məsləhətçi radioloqu, “Randomized Controlled Breast Cancer Screening” layihəsinin rəhbəri, “Mammography Education Inc.”in prezidentidir.
 
Tədbir ingilis dilində ZOOM platforması üzərindən onlayn şəkildə keçiriləcək.
 
Vebinara qeydiyyat bu link vasitəsi ilə aparılır: http://mom.gov.az/?smode=register&item=843&lang=az
 
Son qeydiyyat tarixi: 01 sentyabr, 2022 saat 12:00
 
Tədbirin başlamasına 24 saat qalmış qeydiyyat zamanı qeyd etdiyiniz elektron ünvana iştirak üçün link və məlumat göndəriləcək.
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub