"Hipotiroidizm xəstəliyi demensiya riskini artırır" - Həkim endokrinoloq
19.08.2022 11:15
Yeni araşdırmalara görə, hipotiroidizmi (tiroid hormon yetməzliyi) olan xəstələrin demensiya (baş beynin xronik və ya proqressivləşən xəstəliyi) ilə xəstələnmə riskləri daha çoxdur. Xüsusilə yaşlı xəstələrdə bu hala daha çox rast gəlinir.
 
Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu barədə paylaşım edib. O, bildirib ki, tədqiqatçılar yeni demensiya diaqnozu qoyulan 8000 insanın tibbi qeydləri araşdırıldıqda ortalama yaş həddinin 75 yaş olduğu müəyyən olunmuşdur. Demensiya riskini artıran digər səbəblər inkar olunduqdan sonra hipotiroidizmin demensiya riskini 81% artmasına səbəb olduğu bildirilmişdir.
 
Broun Universiteti Uorren Alpert tibb fakültəsində aparılan araşdırmada “yaddaş pozuntusu olan xəstələr üçün tiroid funksional testlərin yoxlanılmasının vacibliyi vurğulanıb”.
 
Həmçinin hipotiroidizm problemi olan xəstələrin tez bir zamanda dərman müalicəsinə başlanmasının vacib olduğu və müalicənin demensiya riskini azalda biləcəyi qeyd olunmuşdur.
 
2006-cı ildən 2013-cü ilə qədər aparılan araşdırmalar zamanı yaş həddi 75 yaş olan 15686 nəfərin tibbi məlumatlarını araşdırılmışdır. Müəyyən olunmuşdur ki, hipotiroidizmi olan xəstələrdə demensiya riski daha yüksəkdir. Demensiyadan əlavə arterial hipertoniya, şəkərli diabet və digər xroniki xəstəliklərin də yaranmasında da risk faktoru kimi qiymətləndirilir. Bütün bunları nəzərdə saxlayaraq hipotiroidizmin (tiroid hormon yetməzliyi) nə qədər vacib bir problem olduğu hesab olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub