Saymaqla bitməyən faydalara malik ALBALI
19.08.2022 10:41
Albalı çox faydalı bir giləmeyvədir. Onun həm təzəsi, həm də qurusundan istifadə etmək lazımdır. Lakin təzəsinin daha çox xeyri var. Mürəbbəsi soyuqdəymə zamanı yaxşı bir tərlədicidir.
Aztibb.az xəbər verir ki, bunu həkim-fitoterapevt Fizuli Hüseynov albalının insan sağlamlığı üçün faydalarından bəhs edərkən deyib.
Həkimin sözlərinə görə, albalının tərkibində revmatizmaya və bədəndə gedən bütün iltihabi xəstəliklərə təsir edən maddələr var. Əgər qanda böyrək çatışmazlığından sidik cövhəri və kreatin yüksəlibsə, albalı yemək əla bir vasitədir. Vişnə yeni qan əmələ gətirir, bağırsaqları həm təmizləyir, həm də yumşaldır, bağırsaq mikroflorası üçün çox faydalı olduğundan cavanlaşdırıcı bir giləmeyvə kimi tanınır. Tərkibində zəngin dəmir vardır, bununla da hemoqlobin azlığında faydalıdır:
"Bu məqsədlə təzə meyvənin şirəsini çəkib, hər stəkana 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz. Bədəndə endorfin səviyyəsini çoxaldır, bununla da həm təbii ağrıkəsici rolunu oynayır, həm də yeyəndən sonra insanın yaşamaq həvəsini artırır (xoşbəxtlik hormonlarını çoxaldır). Albalıdan şəkər xəstəliyindən əziyyət çəkənlər də bol-bol istifadə edə bilərlər.
Tərkibindəki çox miqdarda olan A və C vitamini dəri xəstəliklərində, diş dibi qanamalarında, göz zəifliyində, dəri kəpəklənməsində faydalıdır. Yüksək xolesterin və damardaxili tromblaşmada çox faydalıdır, infarkt keçirmiş insanlar və aterosklerozlu insanlar üçün çox xeyirlidir".
Həmçinin bu meyvədən artıqçəkili insanların istifadə etməsi məsləhətlidir. Belə ki, həm toksinin artmasında, həm də arıqladıcı kimi faydalıdır. Zəngin mineral və vitamin tərkibinə görə immuniteti artırır, babasil xəstəliyində faydalıdır: bağırsaqları yumuşaldır və iltihabı qaldırır. Bu faydalı meyvədən yuxusuzluqdan əziyyət çəkənlər də istifadə edə bilər. O, böyüməkdə olan uşaqlar üçün olduqca faydalı bir qidadır. Eyni zamanda beyinin qanla təchizatını artırır, beyin qan dövranını yaxşılaşdırır, skleroz və alzheimer xəstələrinin həm müalicəsində, həm də profilaktikasında istifadə olunur, yaddaşı və diqqəti gücləndirir. Tez-tez ürəkdöyünmələrdən əziyyət çəkənlər üçün də faydalıdır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

