Moruq, heyva və zoğal mürəbbəsinin şəfaverici xüsusiyyətləri
19.08.2022 09:17

Yay aylarında evdar xanımlar qışa hazırlıq üçün mürəbbə tədarük edirlər. Hazırlanan mürəbbələr içərisində moruq, heyva və zoğal mürəbbəsi şəfaverici xüsusiyyətlərinə görə seçilir. Onu da qeyd edək ki, xroniki qaraciyər və öd kisəsi xəstəliyi olanların həmin mürəbbələrdən az istifadə etməsi məsləhət görülür.

 

Aztibb.az həmin mürəbbələrin faydalı xüsusiyyətləri haqqında məlumat verir.

 

Moruq mürəbbəsi ürək-damar xəstəliklərinin qarşısını alan S vitamini baxımından zəngindir. Araşdırmalar göstərir ki, gündəlik S vitaminin qəbulu infarkt və insult kimi ürək-damar problemləri riskini azaldır. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır, iltihab və mikrob əleyhinə təsiredici gücə malikdir, iltihabı azaltmağa kömək edir və hərarəti salır.

 

Heyva mürəbbəsini həkimlər xüsusilə vərəm xəstələri üçün tövsiyə edir. Həmin mürəbbə ürək-damar sistemi və qalxanvari vəz üçün də faydalıdır. Norveçli alimlərin apardıqları araşdırmalar göstərir ki, xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğu sübut olunan heyva mürəbbəsi bədxassəli şiş hüceyrələrinin çoxalmasının qarşısını alır. Heyva təbii antibiotikdir, qanı təmizləyir, xəstəliklərdən sağaldır və orqanizmi yoluxucu xəstəliklərdən qoruyur. Bundan başqa bağırsaqları təmizləyir və həzm sistemini yaxşılaşdırır.

 

Soyuqdəymənin qarşısını alan vasitələr sırasında ağla ilk növbədə zoğal mürəbbəsi gəlir. S vitamini ilə zəngin olan zoğal soyuqdəymə ilə yanaşı damarları möhkəmləndirir, onların elastikliyini qoruyur, böyrək daşı xəstəlikləri zamanı kömək edir. Bundan başqa sidik yolları iltihabı zamanı zoğal və onun yarpaqları sidikqovucu və iltihab əleyhinə vasitə kimi istifadə olunur. Ümumiyyətlə, zoğal iltihab, bakteriya və virus əleyhinə təsiredici gücə malikdir. Ona görə də mürəbbələrin şəfaverici xüsusiyyətlərini nəzərə alıb onlardan mütəmadi istifadə etmək tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev