92 ölkədə meymunçiçəyinə 35 min yoluxma halı aşkar edilib, 12 nəfər ölüb
18.08.2022 14:31

Dünyanın 92 ölkəsində meymunçiçəyi xəstəliyinə 35 min yoluxma halı aşkar edilib, 12 nəfər bu xəstəlikdən ölüb. Ötən həftə ərzində 7500 yeni xəstə qeydə alınıb ki, bu da əvvəlki həftədən 20 faiz çoxdur. Demək olar ki, bütün yoluxma halları Avropa və Amerika qitəsi ölkələrinə təsadüf edir.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, indi ölkələrin xəstəliyin yayılmasına hazır olması və infeksiyanın ötürülməsini dayandıra bilməsi çox vacibdir. Bunun üçün yoluxma hallarının müşahidə edilməsi, xəstələrlə təmasda olan şəxslərin müəyyən edilməsi, eləcə də əhalinin maarifləndirilməsi sahəsində öz effektivliyini artıq sübut etmiş tədbirlərdən istifadə etmək lazımdır.

 

Peyvəndlər də mühüm rol oynaya bilər, lakin hazırda onlar kifayət qədər deyil. ÜST vaksin istehsalçıları, eləcə də ehtiyatlarını bölüşmək istəyən ölkələr və təşkilatlarla danışıqlar aparır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır