Bu satış məntəqələrindən ət almayın! - AQTA-dan əhaliyə ÇAĞIRIŞ
18.08.2022 10:30

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

 

Aztibb.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birgə 8-12 avqust tarixlərində respublika üzrə fəaliyyət göstərən 58 heyvan kəsimi və ət satışı məntəqəsində monitorinqlər aparılıb. Monitorinqlər zamanı baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi, baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı halları aşkar edilərək 13 heyvan kəsimi və ət satışı məntəqəsi barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Nöqsanlara yol vermiş 36 məntəqə sahibinə isə sonuncu xəbərdarlıq olunub.

 

Nöqsanlar aşkarlanmış və inzibati tədbir görülmüş heyvan kəsimi və ət satışı məntəqələri aşağıdakılardır:

 

S/N

Sahibkarlıq subyekti

Ünvan

Fəaliyyət sahəsi

Aşkar olunmuş nöqsanlar

Görülmüş tədbir

1

Heydərov Fəxrəddin Nağdəli oğlu

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi

ət satışı mağazası

baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi

İnzibati cərimə tətbiq olunub

2

Əliyev Rauf Sərvər oğlu

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N. Nərimanov küçəsi 7

heyvan kəsimi və ət satışı məntəqəsi

baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi

İnzibati cərimə tətbiq olunub

3

Mənsimov Həsənağa Zümrüd oğlu

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 71

heyvan kəsimi və ət satışı məntəqəsi

baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi

İnzibati cərimə tətbiq olunub

4

Cəfərov Səxavət Əbülfət oğlu

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ramana yolu

heyvan kəsimi və ət satışı məntəqəsi

baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi

İnzibati cərimə tətbiq olunub

5

Vəliyev Mehman

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 316 nömrəli məktəbin yanı

heyvan kəsimi və ət satışı məntəqəsi

baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi

İnzibati cərimə tətbiq olunub

6

Vəliyev Mehman

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi

heyvan kəsimi və ət satışı məntəqəsi

baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi

İnzibati cərimə tətbiq olunub

7

Abdıyev Taleh Məmməd oğlu

“Şəki Bazar” ASC-nin ərazisi

ət satışı mağazası

baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı

İnzibati cərimə tətbiq olunub

8

İsrafilov Ağamalı Rəcəb oğlu

“Şəki Bazar” ASC-nin ərazisi

ət satışı mağazası

baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı

İnzibati cərimə tətbiq olunub

9

Alxasov Vüsal Rahim oğlu

“Şəki Bazar” ASC-nin ərazisi

ət satışı mağazası

baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı

İnzibati cərimə tətbiq olunub

10

Abdullayev İsgəndər Hüseyn oğlu

“Şəki Bazar” ASC-nin ərazisi

ət satışı mağazası

baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı

İnzibati cərimə tətbiq olunub

11

Qurqunayev Əhməd Ramazan oğlu

Zaqatala rayonu, Danaçı kəndi

ət satışı mağazası

baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı

İnzibati cərimə tətbiq olunub

12

İbadov Mobil İldırım oğlu

Ağcəbədi rayonu, H. Əliyev prospekti

heyvan kəsimi və ət satışı məntəqəsi

baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi

İnzibati cərimə tətbiq olunub

13

Baratlı Elşən Rövşən oğlu

Ağcəbədi rayonu, H. Əliyev prospekti

heyvan kəsimi və ət satışı məntəqəsi

baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi

İnzibati cərimə tətbiq olunub

 

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində