Tanınmış fizioterapevt-reabilitoloq Pərvin Əkbərovu 40 illik yubileyi münasibətilə təbrik edirik!
17.08.2022 18:57

Bu gün Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, fizioterapevt-reabilitoloq, tibb üzrə fəlsəfə doktoru Pərvin Əkbərovun 40 yaşı tamam olur.

 
Bu münasibətilə Aztibb.az səhiyyə xəbər portalı adından Pərvin Əkbərovu təbrik edir, ona uzun ömür, gələcək fəaliyyətində uğurlar arzu edirik.
 
Qeyd edək ki, Pərvin Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetində reabilitasiya və fizioterapiya üzrə uzmanlıq təhsili, İspaniya Milli Tibb Elmləri Universitetində isə osteopatik klinik reabilitasiya üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
 
İxtisasca reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mutəxəssis, osteopat olan Pərvin Əkbərov Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. O, eyni zamanda, 2015-2017-ci illərdə Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor, 2011-ci ildən bu günə qədər Azərbaycan Respublikası Milli Karate Federasiyasının həkimi, eləcə də 2018-ci ildən bugünədək Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri kimi fəaliyyətini davam etdirir. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib