Noyabrda “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisi keçiriləcək
18.08.2022 17:22

Noyabrın 3-dən 5-dək Bakı Ekspo Mərkəzində “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları və “Beauty Azerbaijan” Azərbaycan Beynəlxalq Gözəllik Sənayesi sərgiləri keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, “Medinex” sərgisi tibb və səhiyyə sahəsində hərtərəfli tədbirdir, həmçinin istehsalçılar, distribütorlar və sənaye peşəkarları üçün görüş yeridir. Sərgi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilir. Sərgidə tibbi avadanlıqlar, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibdə informasiya texnologiyaları və s. təqdim olunacaq.

 

“Beauty Azerbaijan” sərgisinin tərkib hissəsi olaraq kosmetologiya və estetik tibb üçün məhsullar, parfümeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq vasitələri, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri və bir çox başqa məhsullar təqdim edəcək.

 

Hər bir sərgi çərçivəsində təşkilatçılar müxtəlif işgüzar və mədəni tədbirlər planlaşdırıblar. Həmçinin ənənəyə uyğun olaraq yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşləri nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib