Böyrək sancısının ƏSAS ƏLAMƏTLƏRİ
17.08.2022 12:50
Böyrək sancısı böyrəkdən sidik axınının kəskin pozulması zamanı baş verir. Belə halda böyrəyin kasa-ləyən sistemində təzyiqin artması nəticəsində reflektor olaraq böyrək damarlarının spazmı və venoz durğunluq baş verir ki, bu da öz növbəsində böyrək toxumasının ödeminə (şişməsinə), fibroz kapsulun dartılmasına və dözülməz ağrıların yaranmasına səbəb olur.
Uzman-terapevt Çinarə Səfərova bildirib ki, ağrılar kəskin, birdən birə sakit vəziyyətdə və ya fiziki işdən, nəqliyyatla yol gəldikdən sonra baş verir:
"Ağrı sağ və ya sol tərəfdə, bel və qabırğaaltı nahiyədə başlayır, tutmaşəkilli olur, adətən sidik axarı boyunca aşağıya – kiçik çanağa, cinsiyyət orqanlarına, buda irradiasiya edir (vurur). Bu zaman ən xarakterik simptom – xəstənin ağrıdan qışqırmağı, özünə yer tapa bilməməyi, qıvrılması, ağrının heç bir vəziyyətdə azalmamağıdır. Sancı adətən ürəkbulanma və qusma ilə, sidik ifrazının pozulması ilə (tez-tez və ağrılı sidik ifrazı) müşayiət olunur. Ağrı tez kəsə və ya kütləşə, sonra yenidən başlaya bilər".
Həkim əlavə edib ki, bəzən böyrək sancısı bağırsaqların reflektor iflicinə səbəb olur ki, bu da özünü köpmə və qəbizlik ilə göstərir. Bəzən arterial təzyiq qalxır (xüsusilə də diastolik təzyiq).
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18

