Sinir əzələ keçiriciliyinin pozulmasına səbəb olan autoimmun xəstəlik - Miyasteniya Gravis
17.08.2022 09:18
Miyasteniya Gravis sinir əzələ keçiriciliyinin pozulması ilə gedən autoimmun xəstəlikdir. Onun simptomlarının başlanğıcı ani ola bilər. Əzələ zəifliyi günün ikinci yarısında daha çox olur.
 
Aztibb.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin torakal cərrahı, uzman həkim Fəhmin Əmirov məlumat verib. 
 
Həkim bildirib ki, xəstəlik zamanı gücsüzlük xüsusilə göz və göz qapağı əzələlərindən başlayır. Miyastenia Gravis simptomları zamanla irəliləyərək xəstəliyin başlanğıcından bir neçə il sonra daha ağır səviyyələrə çatır.
 
Miyasteniya gravisin simptomları aşağıdakılardır:
 
• Göz əzələlərinin zəifliyi
• Udma çətinliyi, nitq pozğunluğu
• Ptozis (bir və ya hər iki göz qapağının sallanması)
• Diplopiya (bulanıq və ya ikiqat görmə)
• Çeynəmədə çətinlik, üz ifadəsində dəyişiklik
• Nəfəs darlığı
• Qollarda, ayaqlarda, boyunda və ətraflarda zəiflik
 
F.Əmirovun sözlərinə görə, əzələ zəifliyinin dərəcəsi insandan insana dəyişir. Bir bölgədə ola bilər və ya bir çox əzələlərə təsir edərək digər nahiyələrə də yayıla bilər.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub