Türkiyəli mütəxəssislərlə bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
16.08.2022 16:16

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin əməkdaşları arasında onlayn görüş keçirilib.

 

Aztibb.az xəbər verir ki, görüşdə cari ildə imzalanması nəzərdə tutulan “Аzərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi müzakirə edilib. Bildirilib ki, saziş iki ölkə arasında bitki mühafizəsi və karantini sahəsində birgə fəaliyyətin genişləndirilməsinə, bitki və bitkiçilik məhsullarının idxal-ixrac prosesinin sadələşdirilməsinə imkan verəcək.

 

Tədbirdə bir sıra yeni istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, ikitərəfli münasibətlərin və qarşılıqlı maraq doğuran fəaliyyət sahələri üzrə təcrübə mübadiləsinin miqyasının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Sonda bitki, bitkiçilik və digər fitosanitar nəzarətə aid məhsulların ikitərəfli ticarəti ilə əlaqədar sanitar və fitosanitar tədbirlər sahəsində əməkdaşlıq istiqamətində əlaqələrin inkişaf edəcəyinə əminlik ifadə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub