TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb
16.08.2022 14:33

Astara rayon, Rudəkənar kənd sakini 04.12.1996-cı il təvəllüdlü Əhədli Elmira Elşən qızı 15.08.2022 tarixdə saat 15:55-də 36-37 həftəlik hamiləlik diaqnozu ilə xəstəxanaya ağrılarla daxil olub.

 

Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, aparılmış müayinələrdən sonra 15.08.2022-ci il saat 19:40-da spinal anesteziya ilə qeysəriyyə əməliyyatı icra olunub. Daha sonra zahı qadın intensiv palataya köçürülüb. Saat 22:20 radələrində xəstənin vəziyyətində saturasiya itirilməsi ilə müşahidə olunan ağırlaşmalar olub və ana vəfat edib. Mərhumun nəşi aidiyyəti üzrə Lənkəran Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

 

Faktla bağlı araşdırılma aparılır.

 

Qeyd edək ki, hazırda müalicəsinə davam edilən körpənin vəziyyəti orta ağır qiymətləndirilir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib