Uşaqlarda piylənmə: SƏBƏBLƏRİ VƏ QABAQLAYICI TƏDBİRLƏR
16.08.2022 10:44

"Uşaqlarda piylənmə sadə və ikinci dərəcəli olmaqla iki qrupa bölünür. Sadə piylənmə zamanı uşaqlarda hansısa xəstəlik əlamətləri müşahidə olunmur. Sadə piylənmə əsasən normadan artıq yağ, şəkər və un məmulatlarından istifadə ilə bağlıdır. Sürətli yemə, qidanın düzgün çeynənilməməsi də piylənməyə səbəb olur. Başqa formada desək, alınan enerji ilə verilən enerji balansının pozulması piylənməyə gətirib çıxarır. İkinci dərəcəli piylənmə isə adətən endokrin amillər və ya genetik faktorlarla bağlıdır".

 

Aztibb.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Dr.Könül Ağayeva məlumat verib. 

 

Həkim bildirib ki, piylənmənin qarşısını almaq üçün valideynlər mütləq şəkildə övladlarının qida rasionuna nəzarət etməlidir. Qida rasionunda ət və süd məhsullarına, müxtəlif çərəzlərə və meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Tez hazırlanan, konservantlarla zəngin və saxlanma müddəti uzun olan, kimyəvi rənglənmiş qida məhsullarından uzaq durmaqda fayda var. “Fast foodlar”dan istifadəni minimuma endirmək lazımdır. Həmçinin uşaqlar qəbul etdiyi qidanı yaxşıca çeynəməli, diri udmamalıdır.

 

"Bununla yanaşı, uşaqları mümkün qədər fiziki aktivliyə, yüngül idman hərəkətlərinə cəlb etmək vacibdir. Adətən piylənmə sonradan şəkər, müxtəlif ürək-damar xəstəliklərinə, erkən cinsi yetişkənliyə və digər xəstəliklərə səbəb olur. Ona görə də valideynlər sadalanan bu məqamlara mütləq diqqət etməlidir", - deyə K.Ağayeva bildirb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub