Payızda bol-bol üzüm yeyənlər qışda bronxitə tutulmur - Fitoterapevt
16.08.2022 09:45
Üzümün tərkibində 22-25% qlükoza vardır, bu da bizim toxumalarımız üçün əsl enerji mənbəyidir. Üzüm fiziki və zehni yorğunluğu aradan qaldıran ən təsirli vasitədir, halsızlığın müalicəsində əvəzolunmazdır. Bədənimiz üzümdən alınan enerjinin lazım olan qədərini işlədir, qalan hissəsini isə qaraciyərdə depolayır və bütün qış boyu bu enerjidən istifadə edir. Tərkibində çox miqdarda olan dəmir və qlükoza qanyaranmanı sürətləndirir, qanazlığını aradan götürür. Üzüm qaraciyər, böyrək və sinir sistemi xəstəliklərində də əvəzolunmazdır.
Üzümdəki kalsium, kalium, dəmir və başqa minerallar uşaqlarda və böyüklərdə sümükləşməni artırır, osteoporozun, yəni sümük əriməsinin qarşısını alır.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. 
 
Həkim qeyd edib ki, üzümün tərkibində çox miqdarda A, B1, B2, B6, C vitaminləri, fol turşusu və s. vardır. O, böyrəklərin işini sürətləndirir, bədənimizdəki lazımsız maddələri (şlakları) böyrəklər vasitəsilə təmizləyir.
 
"Payızda bol-bol üzüm yeyənlər qışda bronxitə tutulmur. Üzüm həm də immun sistemini gücləndirir, bununla da bədənimizi sanki qış xəstəliklərindən qoruyur", - deyə F.Hüseynov bildirib. 
 
Fitoterapevtin sözlərinə görə, üzümün tərkibində olan kalium ürək əzələsini və bütün bədən əzələlərini gücləndirir. Üzüm E vitaminindən 50 dəfə, C vitaminindən isə 20 dəfə güclü antioksidantdır. Deməli, üzüm xərçəngin ən yaxşı profilaktikasıdır: "Üzümü yeyəndə tumu və qabığı ilə birgə yeyin".
 
Mədədə, qida borusunda, bağırsaqlarda səpgi, eroziya, turşuluğun artması, qəbizlik kimi hallar varsa, səhər yeməyindən 1 saat əvvəl 1 salxım, yəni təqribən 200-300 qram şirin üzüm yeyin. Nəticə almaq üçün üzümü ən azı 15-20 gün yemək lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev