Gün ərzində 3-4 dəfə göz gimnastikası etmək faydalıdır
15.08.2022 17:01

Yaxşı görmək hər kəsin arzusudur. Gözlər üçün gimnastika adlanan bəzi məşq hərəkətləri var ki, onların köməyi ilə gözlərin yorğunluğunun aradan qaldırılmasına nail olmaq olar. Bu məşqləri nəinki evdə, hətta iş yerində də etmək mümkündür.

 

Aztibb.az Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, göz gimnastikası göz və ətrafının müəyyən hərəkətləri təkrar etməsi prosesidir. Bu məşqləri edərkən gözün ətrafındakı əzələlər, göz qapaqları hərəkət edir. Hər gözdə 6 ədəd əzələ var. Gimnastika zamanı cəmi 12 əzələdən istifadə olunur. Məşqlər gözdəki toxumaların qanla qidalanmasını təmin edir. Bu səbəbdən əzələlər möhkəmlənir və daha sağlam olur.

 

Günün müxtəlif saatlarında bu gimnastikanı etmək olar. Xüsusilə səhər qalxdıqda göz hərəkətləri etmək daha məqsədəuyğundur.

 

Gözü soldan sağa, yuxarı-aşağı hərəkət etdirmək, ya da çevrə yaradacaq şəkildə qaytarmaq göz gimnastikası hərəkətləridir. Bu hərəkətlər, eyni zamanda, gözdəki toxumaların yaxşı qidalanmasını təmin edir. Göz gimnastikası yaxını görmə problemlərində və ümumiyyətlə görmə keyfiyyətinin artmasında köməkçi olur.

 

Gün ərzində 3-4 dəfə bu hərəkətləri etmək göz üçün faydalıdır.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib