Kişilərlə müqayisədə qadınlar piylənmə probleminə 2 dəfə çox məruz qalır
15.08.2022 15:48

Piylənmə müasir dövrün ən aktual problemlərindən biridir. Kişilərlə müqayisədə qadınlar piylənmə probleminə 2 dəfə çox məruz qalır. Artıq çəkinin yarandığı kritik dövr 30-60 yaş arasıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspertlərinin fikrincə piylənmə peşə, sosial, milli, cinsi və yaş qrupundan asılı olmayaraq, planetimizin milyonlarla əhalisini əhatə edən qlobal problemdir.

 

Səhiyyə Nazirliyinin rəsmi "Facebook" səhifəsində bildirilib ki, artıq çəkili insanlar normal bədən kütləsinə malik şəxslərə nisbətən hipertoniyadan, stenokardiya və ürəyin işemik xəstəliyindən daha çox əziyyət çəkirlər. Belə pasiyentlərdə ciddi fəsadların yaranması riski yüksəkdir.

 

Piylənmə əksər hallarda orqanizmə qida vasitəsilə daxil olan enerji ilə onun sərfi arasındakı balanssızlıq nəticəsində yaranır. Bədəndəki artıq kalori piyə çevrilərək, depo şəklində dərialtı qat, piylik, qarın divarı və daxili orqanlarda toplanır. Bu xəstəliyin 90 faizi qida qəbulu, 5 faizi isə metabolik problemlər ilə bağlı olur. Piylənmənin əsas səbəblərindən biri də normadan artıq yüksək kalorili qidalar qəbul etmək və hərəkətsizlikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub