Yüksək kalorili qidalar qəbul etmək və hərəkətsizlik piylənmənin əsas səbəblərindən biridir
15.08.2022 12:36

Piylənmə müasir dövrün ən aktual problemlərindən biridir. Kişilərlə müqayisədə qadınlar piylənmə probleminə 2 dəfə artıq məruz qalır. Artıq çəkinin yarandığı kritik dövr 30-60 yaş arasıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspertlərinin fikrincə piylənmə peşə, sosial, milli, cinsi və yaş qrupundan asılı olmayaraq, planetimizin milyonlarla əhalisini əhatə edən qlobal problemdir.

 

Aztibb.az Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, artıq çəkili insanlar normal bədən kütləsinə malik şəxslərə nisbətən hipertoniyadan, stenokardiya və ürəyin işemik xəstəliyindən daha çox əziyyət çəkirlər. Belə pasiyentlərdə ciddi fəsadların yaranması riski yüksəkdir.

 

Piylənmə əksər hallarda orqanizmə qida vasitəsilə daxil olan enerji ilə onun sərfi arasındakı balanssızlıq nəticəsində yaranır. Bədəndəki artıq kalori piyə çevrilərək, depo şəklində dərialtı qat, piylik, qarın divarı və daxili orqanlarda toplanır. Bu xəstəliyin 90 faizi qida qəbulu, 5 faizi isə metabolik problemlər ilə bağlı olur. Piylənmənin əsas səbəblərindən biri də normadan artıq yüksək kalorili qidalar qəbul etmək və hərəkətsizlikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib