Uşaqlar niyə çox tərləyir? - Həkim AÇIQLADI
15.08.2022 09:47

Uşaqlarda tərləmə valideynlərin ən çox rast gəlinən şikayətlərindən biridir. Tərləmə-normal haldır. İstər böyüklər, istərsə də uşaqlar hərəkət və ya artıq güc sərf etdikdə bədəndə enerji əmələ gəlir. Bu enerji tər vasitəsilə bədəndən xaric olur.

 

Aztibb.az-ın xəbərinə görə, həkim pediatr Günay Rəsulova uşaqlarda tərləmə problemi ilə bağlı fikirlərini böölüşüb. 

 

G.Rəsulovanın sözlərinə görə, ilk növbədə bilmək lazımdır ki, uşaqların yatarkən və yemək yeyərkən tərləməsi tamamilə normaldır. Tərləmə uşaqlarda çox vaxt ailəyə bağlı olaraq genetik xarakter daşıyır. 

 

Lakin bütün gecə boyu uşşaq həddindən çox tərləyirsə, 4-5 dəfə uşağın əynini dəyişdirməyə ehtiyac yaranırsa, deməli, bunun müəyyən səbəbləri vardır. Bu səbəblərə aşağıdakılar daxildir:

 

D vitamini əksikliyi

İlk 3 yaş uşaqlarda raxitlik

Tiroid problemləri və s. 

 

Bu səbəbdən həddindən çox tərləyən uşaqların həkim müayinəsindən keçməsi tövsiyə olunur. 

 

"Əsas narahatedici məqam odur ki,  tərləmə ilə bərabər uşaqlarda qızdırma olursa, uşaq çəki də itirirsə, vaxt itirmədən pediatra müraciət etmək lazımdır", - deyə həkim əlavə edib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub