Operativ Qərargah sərtləşdirilmiş karantin rejimi ilə bağlı müraciət yaydı
17.07.2020 22:53

Nazirlər Kabineti yanında Operativ Qərargah müraciət yayıb. 

 

Müraciətdə bildirilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat üçün açıqlamalarını ictimaiyyətə qeyri-dəqiqliklə təqdim edir: 

 

"Belə ki, KİV və sosial şəbəkə vasitəçiləri yayımlanan rəsmi məlumatları təhrif olunmuş başlıq və mətnlərlə verməklə cəmiyyətdə çaşqınlıq və yanlış fikrin formalaşmasına yol açır.

 

Operativ Qərargahın xüsusi karantin rejimi ilə əlaqədar  17 iyul tarixli məlumatı ilə əlaqədar aşağıdakıları bir daha diqqətinizə çatdırırıq:

 

16 rayon və şəhərdə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək uzadılıb və qarşıdakı müddətdə 14 rayonda qüvvədə olacaqdır.

 

Eyni zamanda həmin 14 rayon və şəhərin ərazisindəki məhdudiyyətlərə bəzi yumşalmalar tətbiq olunacaqdır:

 

Belə ki, 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.

 

Yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

 

"Bir daha bütün kütləvi informasiya vasitələrini və sosial şəbəkə istifadəçilərini yayımlanan rəsmi məlumatları dəqiqliklə təhlil etməyə və ictimaiyyətin diqqətinə təhrif olunmadan çatdırmağa çağırırıq".

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır