Bu müalicə qan dövranını gücləndirir və dərini daha da elastikləşdirir
14.08.2022 10:01

Müasir dövrdə parafin osteoxondroz, oynaq və bel ağrıları tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. Tərkibində kimyəvi maddələr olmayan parafin dərini nəmləndirir və hamarlaşdırır. Prosedur yalnız əridilmiş parafinlə aparılır. Maye halını aldıqdan sonra dəriyə sürtülür və tez zamanda quruyur. Hava keçirmədiyinə görə dəriyə istilik verir, qan dövranını gücləndirir və dərini daha da elastikləşdirir.

 

Həkim-fitoterapevt Fizuli Hüseynovun sözlərinə görə, şam formasında olan parafin əridilir və əriyəndən sonra kürək nahiyəsinə çəkilir. Onun boyun və onurğa üçün çox böyük faydası var. Parafin qan dövranını yaxşılaşdırır, əzələni yumşaldır. Osteoxondroz zamanı xüsusilə yaxşı təsir göstərir, dirsəklərdə və diz qapaqlarındakı iltihabı aradan qaldırır.

 

Parafindən istifadə edilməsi proseduru təxminən yarım saat davam edir. Onun çəkilməsi məhv olmuş hüceyrələri aradan götürür və dərini canlandırır. “Parafin sürtüləndən sonra xəstənin üstü örtülür, işığa verilir, 10-15 dəqiqə qalandan sonra bədən yumşalır, bundan sonra edilən masaj çox rahatlıq verir. Osteoxondroz, boyun ağrısı, bel ağrısı və duzlaşma olduqda masajdan sonra onun üzərindən yenə müalicə proseduru aparılır”,- deyə həkim-fitoterapevt bildirib.

 

İstənilən nəticənin əldə edilməsi üçün müalicə proseduru azı 10 gün davam etməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub