Orqanizmdə C vitamini əksikliyi olduğunu göstərən ƏLAMƏTLƏR
11.08.2022 09:26
Kimyəvi adı Askorbin turşusu olan C vitamini suda həll olan və insan orqanizmi üçün olduqca əhəmiyyətli vitamindir. Bu vitamin əsasən bitki mənşəli məhsullarda olur. İnsanın gündəlik C vitamini tələbatı 70-100 mq-dır. C vitamini toxumaların əmələ gəlməsi, eləcə də müxtəlif zədələrdən sonra orqanizmin sağalma prosesi üçün böyük əhəmiyyət kəsb edir.
 
 
AZtibb.az Kliniki Tibbi Mərkəzin məlumatına istinadla xəbər verir ki, insan orqanizmi təbii olaraq öz-özünə C vitamini istehsal etmədiyinə görə, onu qidalanma yolu ilə təbii mənbələrdən almaq lazımdır.
 
Portağal, limon, çiyələk, kivi, ananas, cəfəri, bibər kimi məhsullar C vitamini ilə zəngindir.
 
Orqanizmdə bu vitamin çatışmadıqda aşağıdakı əlamətlər özünü göstərir:
 
İmmun sistemi zəifləyir;
Yorğunluq və depressiya halları başlayır;
Diş ətində qanaxmalar olur;
Oynaq ağrıları əmələ gəlir;
Saçlar qırılır və tökülür;
Bədəndə göyərmə halları müşahidə edilir.
 
Yuxarıda sadalanan əlamətlərdən birini özünüzdə müşahidə etsəniz, həkimə müraciət etməyiniz məsləhətdir.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev