İshal insan üçün faydalıdırmı? - Fitoterapevt AÇIQLADI
10.08.2022 16:00

Gündəlik həyatımıza müxtəlif vəziyyətlərlə rastlaşırıq, bunlardan biri də qəbizlik və ishal olması hallardır. Qəbizlik böyük bayıra çətinliklə çıxma və böyük bayıra çıxmaların 3 - 4 bəzən beş günə qədər uzanmasına deyilir. İshal zamanı isə əksinə, gün ərzində beş altı dəfə, böyük bayıra çıxmalar olur.

 

Gündəlik həyatımızda həftədə 2 dəfə qəbizlik və ishal hallarının olması bizə necə təsir göstərə bilir?

 

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat verib. 

 

"Deyərdim ki, qəbizlik ümumiyyətlə bədən üçün çox ziyanlı bir əlamətdir. Qəbizlik nə qədər uzun çəkərsə insan bir o qədər də ziyan görəcəkdir. Qəbizliyin uzun çəkməsi insan qanına zəhərli maddələrin qarışması ilə nəticələnir, bu isə bütün orqanizmdə fəsadların əmələ gəlməsinə səbəb olur", - deyə F.Hüseynov qeyd edib.

 

Həkimin sözlərinə görə, həftədə 2 dəfə ishal baş verərsə və bu ishal gün ərzində 2-3 dəfə böyük bayıra çıxmalarla nəticələnərsə belə hallardan qətiyyən qorxmayın, əksinə belə halların həftədə bir iki dəfə olması bağırsaqlar üçün çox faydalıdır. Çünki bu zaman bağırsaqlar artıq tullantılardan təmizlənilir bu formada ishalın olması bağırsaq mikroflorasına heç bir ziyanlı təsir göstərmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev