Hər bir xəstəyə individual yanaşan peşəkar həkim - Ramin Rzayev
10.08.2022 16:15

Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadla, “Həkimlərimizi tanıyın!” rubrikasında hər bir xəstəyə individual yanaşması, yüksək keyfiyyətli işi, mehriban xasiyyəti ilə seçilən yüksəkixtisaslı travmatoloq-ortoped Ramin Rzayev haqqında məlumatları təqdim edir.

 

Ramin Rzayev Mərkəzi Gömrük Hospitalında oynaqların endoprotezləşdirilməsi, oynaqların artriskopiyası, yuxarı və aşağı ətrafların əyriliklərinin-deformasiyalarının korreksiyası, çanağın qapalı və açıq üsulla osteosintezi və digər ortopedik- travmatoloji əməliyyatların həyata keçirilməsi ilə məşğuldur.



1996-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş Ramin Rzayev 2001-ci ildə təhsilini Rusiya Federasiyası akademik İ.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetində davam etdirmiş və 2003-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.


2003-2004-cü illərdə Rusiya Federasiyasının Sankt-Peterburq diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyasının professor İ. Djanelidze adına Sankt-Peterburq Təcili Yardım Elmi Tədqiqat İnstitutu nəzdində Ağır Zədələnmələrin Cərrahiyyəsi kafedrasında ümumi cərrahiyyə üzrə internatura təhsili almışdır.


2004-2006-cı illərdə Rusiya Federasiyasının Sankt-Peterburq diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyasının professor R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat İnstitutu nəzdində Travmatologiya-ortopediya kafedrasında təhsilini davam etdirərək travmatoloq-ortoped ixtisasına yiyələnmişdir.


2006-cı ildə Sankt-Peterburq diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyasının travmatologiya-ortopediya üzrə aspiranturasına qəbul olmuş və 2010-cu ildə “Çanaq zədələnmələrinin müasir üsullarla müalicəsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini müdafiə etmişdir. O, 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped kimi fəaliyyət göstərir və 2017-ci ildən Travmatologiya-ortopediya şöbəsinin rəisidir.


Rusiya Federasiyası Dövlət İxtiraçılar reyestrində qeydiyyatdan keçmiş “Eksternal osteosintez zamanı sümüyün xarici fiksasiya aparatına birləşdirmə üsulu” və “Çanağın ön və arxa şöbələrinin bütövlüyünün pozulması ilə müşaiyət olunan zədələnmələrinin müalicə üsulu” patentlərinin həmmüəllifidir.


Daim öz üzərində işləyən və təcrübəsini zənginləşdirən R.Rzayev daim müxtəlif beynəlxalq elmi-praktiki konfranslarda, konqreslərdə, təkmilləşdirmə kurslarında və seminarlarda poster və məruzələrlə çıxış edir. O, 2021-ci ildə Türkiyə Respublikasının Antalya şəhərində keçirilmiş 30-cu Milli Türk Ortopedik və Travmatoloji konqresində iştirak edib.


O, Rusiya Travmatoloq-Ortopedlər Assosiasiyasının və Türkiyə Ortopedlər və Travmatoloqlar Cəmiyyətinin üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https: https://customshospital.az/ramin-rzayev/. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub