Erkən saatlarda məhdud zamanlı qidalanma artıq çəkini azaldır
10.08.2022 12:12
"Səhər erkən saatlarda, məhdud zamanlı qidalanma artıq çəkini azaldır".
 
Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu Alabama Universitetində (ABŞ) aparılmış randomizə bir araşdırmanın nəticələrindən bəhs edərkən belə deyib.
 
Həkim bildirib ki, araşdırma zamanı artıqçəkili (diabetli olmayan) 90 nəfərə xüsusi qidalanma rejimi tətbiq olunmuşdur. Belə ki, onlara səhər 7:00-dan 15:00-a qədər (cəmi 8 saat) qidalanma icazəsi verilmişdir. Bunu “erkən məhdud zamanlı qidalanma”- “early time restricted eating-eTRE” adlandırmışlar. Bunu xüsusi bir növ aralıqlı diet də hesab etmək olar. Pasiyentlərin çəkiləri, sistolik və diastolik təzyiqləri 12-14 həftə müşahidə olunmuşdur. Bu müddət ərzində həm çəkiləri azalmış və həm də təzyiqləri əhəmiyyətli dərəcədə normallaşmışdır.
 
Eyni zamanda pasientlərdə piylənmə səviyyələri də azalmışdır. Bununla da aralıqlı diet - “intermittent fasting” növlərinə yeni bir növü Erkən Məhdud Zamanlı Qidalanma - “Early Time Restricted Eating”də əlavə olunmuşdur. Araşdırma 8 avqustda JAMA Network Internal Medicine jurnalinda dərc olunmuşdur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub