Daban çatlarını müalicə etməyin 4 effektiv ÜSULU
10.08.2022 11:24

Daban çatları demək olar ki, hər insanda rast gəlinə bilən problemdir. Xüsusilə də qadınlar üçün olduqca cansıxıcı haldır. Bu problemin öhdəsindən gəlmək isə elə də çətin deyil.

 

Aztibb.az xəbər verir ki, çox pul xərcləmədən evinizdə olan ərzaqlardan istifadə edərək dabanınızda yaranan çatları özünüz də müalicə edə bilərsiniz.  

 

Gül suyu

 

Gül suyu daban çatlarını aradan qaldırır, eyni zamanda ayaqlarınızın təravətli qoxmasını təmin edir. İstədiyiniz miqdarda gül suyu və nəmləndirici kremi bir qabda qarışdırın. Çatların olduğu bölgəyə çoxlu sürtün ki, nəmlənsin. Bu qarışımı gecə yatmazdan əvvəl çəkin və pambıq corab geyinin. Səhər dabanlarınız yumşaq olacaq.

 

Kakao və badam yağı

 

İstədiyiniz qədər kakao yağını və badam yağını qarışdırın. Problemli bölgəyə sürtərək yarım saat saxlayın. Çatlar gedənə qədər bu üsulu təkrarlayın.

 

Alma sirkəsi

 

Alma sirkəsi dəri səthindəki ölü hüceyrələri təmizləməklə yanaşı, dəridə olan bakteriyaların da yox olmasını təmin edir. Hər gün bir vedrə suyun içərisinə bir stəkan alma sirkəsi tökün və ayaqlarınızı bu qarışımın içərisində ən az 20 dəqiqə saxlayın.

 

Zeytun yağı

 

Dəriyə çox faydalı olan zeytun yağı daban çatlarına çox yaxşı təsir edir. Hər gün müəyyən fasilələrlə çatlar olan hissəyə zeytun yağı çəkin. Ancaq zeytun yağını sürtdükdən sonra problemli bölgəni şəffaf falqa ilə sarıyın. Bu üsulu dabanınızdakı çatlar keçənə qədər tətbiq edə bilərsiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev